"Azərbaycan Hava Yolları" QSC (AZAL) oktyabrın 27-dən etibarən Maldiv adalarına birbaşa uçuşları bərpa edəcək.

İndex.az AZAL-a istinadən xəbər verir ki, uçuşlar Bakı–Male istiqamətində həftədə 3 dəfə – bazar ertəsi, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.

Biletləri AZAL-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə bron etmək mümkündür.

Xatırladaq ki, AZAL ilk dəfə 9 noyabr 2024-cü ildə Male şəhərinə birbaşa uçuşlara başlayıb.