“American Airlines” aviaşirkətinə məxsus təyyarənin şassisində qaçan sərnişinin cəsədi tapılıb.
İndex.az xəbər verir ki, faktla bağlı araşdırma aparılır və aeroport rəhbərliyi dərin hüznlə kədərləndiyini bildirib.
Şimali Karolina ştatının Şarlot Duqlas Beynəlxalq Hava Limanında Avropadan gələn "American Airlines" təyyarəsinin eniş şassisində bir nəfərin cansız bədəni tapılıb.
Şarlotta hava limanının səlahiyyətliləri hadisədən xəbərdar olduqlarını təsdiqləyərək, "Bu xəbərdən çox kədərləndik və polis araşdırmasına lazımi dəstəyi verəcəyik. Hava limanında əməliyyatlar normal şəkildə davam edir" dedi.
Aviasiya üzrə analitik Con Nens deyib: "İnsan bədəni saatlarla təqribən -51 dərəcə Selsi temperaturuna məruz qaldıqda, şiddətli donma və əzalarını itirmə riski ilə üzləşir. 35.000 fut yüksəklikdə oksigen çatışmazlığı beyin ölümünə səbəb ola bilər".
Nens, nadir olsa da, sağ qalmağın demək olar ki, mümkün olmadığını qeyd edərək, bunun sərnişinlər və ekipaj üçün yaratdığı ciddi təhlükəni vurğulayıb.
