Avropa İttifaqı (Aİ) 2025-ci ilin yanvar–iyul aylarında Rusiyadan təxminən 8,4 mlrd. avro dəyərində təbii qaz alıb ki, bu da illik müqayisədə 5,2% artım deməkdir.

İndex.az bu barədə Avropa İttifaqının statistika idarəsinin (“Eurostat”) məlumatlarına istinadən xəbər verir.

Qeyd edək ki, “Türk axını” qaz kəməri hazırda Rusiya boru kəməri qazının Avropaya nəqli üçün yeganə aktiv marşrut olaraq qalır.