Portuqaliya hakimiyyəti Atlantik okeanının ortasında 1,7 tondan çox kokain daşıyan "narko-sualtı qayıq" ələ keçirib.

İndex.az xəbər verir ki, Portuqaliya donanması və ədliyyə polisinin birgə əməliyyatı nəticəsində yarı batmış gəmi Pireney yarımadasına doğru hərəkət edərkən ələ keçirilib.


Polis qayıqda olan dörd Cənubi Amerikalı ekipaj üzvünün tutulduğunu açıqlayıb. Şübhəlilərdən ikisi Ekvador, biri Venesuela və biri Kolumbiyalıdır. Onların hamısı Azor adalarında məhkəmə tərəfindən həbs edilib.

Narkotiklə Mübarizə Direktoru Vítor Ananias bildirib ki, müxtəlif millətlərdən olan şəxslərin olması təşkilatın beynəlxalq strukturunu nümayiş etdirir.