“Azər Türk Bank” müştərilərinə təklif etdiyi xidmətlərin çeşidini artırmaqda davam edir.
Belə ki, yeni istifadəyə verilmiş xidmət sayəsində Bankın “Mastercard” kart sahibləri bir çox xarici ölkələrin banklarının “Mastercard” ödəniş sisteminə aid kartlarına pul köçürə biləcəklər. Köçürmə əməliyyatları vasitəsilə yerinə yetirilir.
Müştərilərin gün ərzində 3 dəfə ümumilikdə 850 AZN, ay ərzində 10 dəfə 8500 AZN və ya bu məbləğlərə bərabər xarici valyutanı ölkələrarası kartdan karta xidməti vasitəsilə yerinə yetirmək imkanları olacaqdır.
Köçürmələr üzrə komissiya, minimum 3 AZN/USD/EUR/GBP olmaqla, göndərilən vəsaitin 1,5%-ni təşkil edir.
Qeyd edək ki, atb360 mobil əlavəsini və ya -dən mobil telefona yükləmək mümkündür.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp , yaxud 945 nömrəli əldə edə bilərsiniz.
