Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli alimlərin əməkhaqqının artırılması ilə bağlı iş apardığını bildirib.
İndex.az xəbər verir ki, o, bu barədə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun yekun hesabat iclasında çıxışı zamanı məlumat verib.
İ.Həbibbəyli deyib ki, işçilərin sosial müdafiəsinin yaxşılaşdırılması da AMEA-nın qarşısında duran əsas məqsədlərdən biridir:
"2026-cı ildə ölkədə hər kəsin əməkhaqqısının artırılacağını nəzərə alsaq, bu, alimlərə də şamil olunmalıdır. Bununla bağlı iş aparıram".
O, həmçinin qeyd edib ki, AMEA-nın əsas məqsədlərindən biri də həqiqi və müxbir üzvlüyə seçkilərin keçirilməsidir:
"Uzun müddətdir həqiqi və müxbir üzvlüyə seçkilər keçirilmir. Fikrimcə, yanvardan sonra bu məsələyə baxmaq olar".
İ.Həbibbəyli, eyni zamanda, AMEA-nın Qarabağda elmi mərkəzi və ya bölməsinin yaradılmasının da nəzərdə tutulduğunu vurğulayıb.
