Azərbaycanın bank sektorunda faiz dərəcəsi riski yoxdur.

İndex.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov bildirib.

Onun sözlərinə görə, Azərbaycan banklarının müddəti 1 ilə qədər olan aktivlərinin ümumi aktivlərdə payı 51 %, 1 ilə qədər olan öhdəliklərinin ümumi öhdəliklərdə payı isə 81 %-dir.

"Təhlillər göstərir ki, sektorda müddət uyğunsuzluğunun, başqa sözlə faiz dərəcəsi riskinin bankların kapital mövqeyinə təsiri minimaldır, dayanıqlılığa təhdid yaratmır", - deyə AMB rəsmisi əlavə edib.