ABŞ-ın e-ticarət nəhəngi "Amazon", Avropadakı fəaliyyətini genişləndirmək üçün 2027-ci ilə qədər Belçikaya 1 milyard avro sərmayə qoyacaq.
İndex.az xəbər verir ki, bu sərmayə ilə "Amazon" Belçikadakı logistika şəbəkəsini gücləndirəcək, yerli bizneslərlə əməkdaşlığı artıracaq və çatdırılma xidmətini ölkə daxilində genişləndirəcək.
Şirkət xüsusilə Belçikanın milli poçt və logistika şirkəti Bpost ilə birgə layihələr hazırlayacaq.
"Amazon"un hazırda Belçikada təxminən 400 nəfər işçisi var. Son on ildə ölkəyə ümumilikdə 800 milyon avro sərmayə qoyan yeni investisiya "Amazon"un məşğulluğunu və infrastruktur imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
