Almaniya hakimiyyəti yaxın illərdə ordunun pilotsuz uçuş aparatları ilə təchiz edilməsi üçün 10 milyard avro ayırmağı planlaşdırır,

İndex.az xəbər verir ki, bu barədə Avropa KİV-ləri Almaniya müdafiə naziri Boris Pistoriusa istinadən xəbər verir.

Onun sözlərinə görə, "müxtəlif növlərdə və müxtəlif uçuş hündürlüklərində" pilotsuz uçuş aparatlarının alınması planlaşdırılır.

O qeyd edib ki, söhbət həm müdafiə üçün nəzərdə tutulmuş PUA-lardan, həm də hücum əməliyyatlarında iştirak üçün hazırlanmış pilotsuz uçuş aparatlarından gedir.

Bundan əlavə, B. Pistorius vurğulayıb ki, Almaniya hava hücumundan müdafiə sistemi üzrə Avropa İttifaqının birgə layihəsində liderlik rolunu öz üzərinə götürməyə hazırdır.