Hazırlanma mərhələsində olan Avropa İttifaqının yeni viza strategiyası müvafiq ölkələrin Brüssellə miqrasiya əməkdaşlığı ilə Aİ-yə səyahət hüquqlarını şərtləndirəcək.

İndex.az xəbər verir ki, strategiya 2025-ci ilin sonuna qədər hazırlanmalıdır.

Məlumata görə, Brüssel üçüncü ölkələr üçün daha sərt tədbirlər hazırlayır, viza rejimi ölkənin Aİ ilə miqrasiya və readmissiya sahəsində əməkdaşlığı ilə daha sıx əlaqələndiriləcək. Həmçinin Avropa Komissiyası Aİ ilə "ciddi şəkildə pisləşmiş münasibətləri olan" ölkələrin vətəndaşlarına viza verilməsini dayandırmaq və ya qadağan etmək səlahiyyətləri əldə edəcək.

Yeni strategiyanın layihəsində "etibarlı" səyahətçilər üçün 10 illik çoxsaylı Şengen vizaları və Avropa İttifaqına onları daha tez dayandırmağa və ya ləğv etməyə imkan verəcək viza güzəştlərinin yenidən baxılmasının yeni sistemi təklif olunur.