Avropa İttifaqı (Aİ) səfirləri 2027-ci ilin payızına qədər Rusiya qazından tədricən imtina planını təsdiq ediblər.
İndex.az "Sky news"a istinadən xəbər verib ki, bu barədə Aİ Şurasının Danimarka sədrliyinin bəyanatında bildirilib.
Keçən həftə Brüsseldə elan edilən müqaviləyə əsasən, Aİ 2026-cı ilin sonunadək Rusiya mayeləşdirilmiş təbii qazının idxalını və 2027-ci ilin sentyabrının sonunadək boru kəməri qazının idxalını dayandıracaq.
Qeyd edək ki, qadağa qüvvəyə minməzdən əvvəl üzv ölkələrin nazirlərinin və Avropa Parlamentinin rəsmi təsdiqini tələb edir.
Aİ-də Rusiya qazından istifadə 2022-ci ildə Ukrayna ilə müharibə başlamazdan əvvəl 45 faizdən 2025-ci ilin oktyabrında 12 faizə qədər azalıb.
