Bu gün Abşeron rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

İndex.az “Azərişıq” ASC-yə istinadən xəbər verir ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 10 kV-luq Masazır ehtiyat xəttində dekabrın 11-də təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Xırdalan şəhəri Şıxəli Qurbanov, Kənd Xırdalan, Narlıq adlanan yaşayış ərazisi, Mazasır qəsəbəsi Sarı Aşıq və Qaçaq Nəbi küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.