ABŞ Hindistandan idxal edilən mallara 50 faizlik rüsumlar tətbiq edib.
İndex.az xarici mətbuata istinadən xəbər verir ki, bu tədbir Vaşinqton və Nyu-Delhi arasında razılaşma əldə olunmadan başa çatan beş raund danışıqlardan sonra həyata keçirilib.
Bu qərar iki ölkə arasında ticarət münasibətləri tarixində ən sərt addımlardan biri oldu. Bununla belə, əczaçılıq məhsulları və elektronika siyahıya daxil edilməyib. Bu addım Hindistanda “Apple”nin yeni istehsal güclərinin işə salınması da daxil olmaqla, böyük investisiya layihələri üçün şəraiti qoruyub saxlayır.
Hindistan hökuməti ixracatçıları dəstəkləyəcəyini və alternativ bazarlar axtaracağını bəyan edib. Əsas istiqamətlər kimi Çin, Latın Amerikası və Yaxın Şərq göstərilib.
Analitiklərin fikrincə, tariflər Hindistanın beynəlxalq təchizat zəncirlərindəki rolunu azalda və ixrac mərkəzlərində işsizliyin artması risklərini artıra bilər. Vaşinqton cavabında Hindistanın yüksək daxili tarif siyasətindən və xüsusilə kənd təsərrüfatında proteksionizmindən narazı qaldığını vurğulayır.
