ABŞ Prezidenti Donald Trampın administrasiyası təşkilatda islahatların aparılmasını gözlədiyi üçün hələlik BMT-yə ödənişləri həyata keçirməcəyəcək

İndex.az xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "Breitbart News"a müsahibəsində deyib.

"Prezident biz islahatları görənə qədər Amerikanın maliyyəsini saxlayır", - diplomat əlavə edib.

Diplomata görə, ABŞ-ın təzyiqi altında BMT-nin Baş katibi Antonio Quterres dünya təşkilatının büdcəsini 15% azaltmağa razılaşıb ki, bu da heyətin 18% və sülhməramlıların 25% ixtisarına səbəb olur.

"İnanıram ki, biz bir çox cəhətdən onu (BMT- red.) özündən xilas edəcəyik və islahatları irəli aparacağıq".