ABŞ-də kommersiya neft ehtiyatları ötən həftə 11,473 milyon barel azalıb.

İndex.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin həftəlik hesabatında deyilir.

Məlumata görə, bu, keçən ilin iyun ayından bəri ehtiyatların rekord azalmasıdır.

“Trading Economics” nəşrinim məlumatlarına görə, ekspertlər orta hesabla neft ehtiyatlarının daha mülayim, 2,3 milyon barel azalacağını proqnozlaşdırırdılar. Eyni zamanda, iyunun 13-də başa çatan həftə ərzində benzin ehtiyatları 209 min barel, distillatlar isə 514 min barel artıb.

Nyu-York Əmtəə Birjasında (NYMEX) ticarət olunan neftin saxlanıldığı Kuşinq terminalında ehtiyatlar ötən həftə 995 min barel azalıb, bundan əvvəlki həftə isə 403 min barel azalmışdı.