Bu ilin yanvar-iyul aylarında Azərbaycanda taksi xidmətindən istifadə edən sərnişinlərin sayı 47 137,4 nəfər olub.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 0,1% azalma deməkdir.
Məlumata əsasən, ötən ilin yanvar-iyul aylarında ölkə üzrə taksi xidmətindən 47 184,6 müştəri istifadə edib.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 5% artaraq 1 187 694,8 min təşkil edib.
