Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac yanvarın 29-da keçiriləcək.
İndex.az xəbər verir ki, hərracda Göyçay rayonu "Göyçay" (3 ha), Ağsu rayonu "Ağsuçay" (6 ha), İmişli rayonu "Bəhrəmtəpə II" (10.9 ha) qum-çınqıl, Ağdam rayonu "Şelli" (3 ha) və "Burundağ" (2 ha) mərmərləşmiş əhəngdaşı və Sumqayıt şəhərində "Sumqayıt" (2.57 ha) gil yataqları investorlara təklif olunacaq.
İddiaçılar hərracda iştirakla bağlı sənədləri 22 yanvar 2026-ci il saat 18:00-dək "Bakı KOB evi"nə (Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) təqdim edə bilərlər.
Əsas şərtlər tоplusunu əldə etmək və hərracda iştirak üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilərlər. Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcəkdir.
Elan ilə Hərracların Təşkili Mərkəzinin rəsmi saytına (auksion.gov.az) daxil olub tanış olmaq olar.
