Azərbaycanda mobil telefonların rəsmi distribütoru cərimələndi

img






Maliyyə Bazarlarına Nəzarət Palatası "Ali İmran" MMC -nin inzibati qaydada cərimələnməsi barədə protokol tərtib edib.

İndex Pravda.az-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi protokola əsasən, şirkətin 1968 ABŞ dolları məbləğində cərimə edilməsi barədə qərar çıxarıb.

"Ali İmran" MMC İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il qərarından verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, 2015-ci ildən fəaliyyətə başlayan "Ali İmran MMC" əsas fəaliyyətinə Micromax mobil telefonlarının rəsmi distribütorluğu ilə başlayıb. Şirkətin Bakı şəhəri də daxil olmaqla ölkənin bütün rayonlarında fəaliyyət göstərən diler mağazlarla əməkdaşlığı var. 2017-ci ildə Micromax brendi ilə yanaşı Freetel, Allcall, TARA və Panasonic Mobilin də Azərbaycanda Rəsmi distributorluğunu əldə edib. 2018-ci ildən etibarən şirkət fəaliyyətində baş vermiş dəyişiklikdən irəli gələrək bazarda "Unimax Technology" adı ilə təmsil olunur.

Oxşar xəbərlər