Bu il “Azərkosmos” 38 milyon dollar qazanıb

Bu il “Azərkosmos” 38 milyon dollar qazanıb

img



Bu ilin yanvar-oktyabr aylarında “Azərkosmos” ASC 26 xarici ölkəyə 37,5 milyon ABŞ dolları dəyərində xidmət (telekommunikasiya və optik xidmətlər) ixrac edib.

İndex İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, 10 ay ərzində dövlət şirkətinin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89%-ni təşkil edib.

Təkcə bu ilin oktyabr ayında isə “Azərkosmos” 23 xarici ölkəyə 7,2 milyon dollar dəyərində xidmət ixrac edib. Səhmdar cəmiyyətinin xidmətlərini əsasən ABŞ, Böyük Britaniya, Fransa, Birləşmiş Ərəb Əmirlikləri və Malayziya idxal edib.