“Azərişıq” əhaliyə müraciət etdi

“Azərişıq” əhaliyə müraciət etdi

img



"Son günlər sosial şəbəkələrdə və Bakı şəhəri Nizami və Yasamal rayonları ərazilərində -  “Abonentlərin nəzərinə xəbərdarlıq - İstifadə olunan elektrik enerjisinin borcuna görə 25.03.2020 tarixdə saat 10.00-dan etibarən borclu abonentlərin elektrik enerji verilişi xəbərdarlıq edilmədən dayandırılacaq” - ünvanı məlum olmayan elanlara rast gəlinir.

 

İndex.az xəbər verir ki, bu barədə “Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

 

Onun sözlərinə görə, yayılan elanların “Azərişıq” ASC-yə heç bir aidiyyəti yoxdur: "Bu məlumatlar həqiqəti əks etdirmir və cəmiyyətdə çaşqınlıq yaradır. “Azərişıq” tərəfindən aparılan yenidənqurma, təmir-tikinti, elanlar və s. işlər cəmiyyətin mətbuat xidməti vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılır və hazırda vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir".