SOCAR Belarusa 85 min tona yaxın neft göndərəcək

SOCAR Belarusa 85 min tona yaxın neft göndərəcək

img



Gələn ay SOCAR Belarusun “Belneftexim” konserninə neft nəqlinə başlamağı planlaşdırır.

İndex.az xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə. “Belneftexim" konserni üçün nəzərdə tutulan 85 min tona yaxın Azərbaycan neftinin olduğu ilk tankerin Supsa limanından təqribən martın 20-də göndəriləəcək”.

İ.Əhmədov əlavə edib ki, Belarusa ikinci neft tankerinin satışı və çatdırılma müddəti ilə bağlı danışıqlar davam edir: “Razılıq əldə olunanda məlumat veriləcək”.