SOCAR özbəklərlə birgə treyder əməliyyatları həyata keçirəcək

img






Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Özbəkistanın “Uzbeknefteqaz” neft qaz şirkəti Avropa və digər ölkələrdə treyder əməkiyyatları həyata keçirmək üçün birgə müəssisə yaradacaq.

İndex xəbər verir ki, bu barədə Özbəkistan şirkətinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, bu məsələ SOCAR, “SOCAR Trading” və “Chemtrade LLC” şirkətlərinin daxil olduğu Azərbaycan nümayəndə heyəti ilə “Uzbeknefteqaz” şirkətinin görüşündə müzakirə edilib. Tərəflər treyder əməliyyatlarının həyata keçirilməsi üçün birgə müəssisəsinin yaradılması sahəsində əməkdaşlıq istiqamətinin perspektivlərini müzakirə ediblər.

Şirkətin məlumatında deyilir ki, görüş tərəflər arasınsa “Uzbeknefteqaz” İdarə Heyəti ilə Bakıya səfəri zamanı əldə olunmuş razılıqlar çərçivəsində təşkil edilib. Görüşdə treyder əməliyyatlarının həyata keçirilməsi üçün bir müəssisənin yaradılması sahəsində əməkdaşlıq istiqamətinin perspektivləri müzakirə edilib.

Görüşün nəticələrinə əsasən, tezliklə yeni birgə müəssisənin yaradılması üçün atılacaq növbəti addımlar müəyyən edilib.

 

Oxşar xəbərlər