Günəşdən aldığımız enerji 2,2 dəfə artıb

img






Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 1 606,3 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

İndex Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 6,4% artaraq 272,8 mln. manat təşkil edib.

Ötən 10 ay ərzində Azərbaycanda 19 913,7 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə 4,7% çoxdur.

Bunun 1 381,9 mln. kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2018-ci ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə 9,6% azdır.

Bunun 17 798,8 mln. kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2018-ci ilin 10 ayının göstəriciləri ilə müqayisədə 6,1% çoxdur.

Hesabat dövründə Azərbaycanda 92,4 mln. kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2018-ci ilin 10 ayının göstəriciləri ilə müqayisədə 2,2 dəfə çoxdur.

Yanvar-oktyabr aylarında ölkədə 37,8 mln. kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2018-ci ilin yanvar-oktyabr aylarının göstəricisi ilə müqayisədə 7,7% çoxdur.

Oxşar xəbərlər