SOCAR: Dənizdən 150-dən çox neftçi təxliyyə ediləcək

img






Bu gün hava şəraitinin kəskinləşməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib.

İndex SOCAR-a istinadən xəbər verir ki, hazırda 150-ə yaxın əməkdaş sahilə çıxarılıb, bəzi sahələrdən işçilərin təxliyyəsi davam edir və yaxın zamanda tamamlanacaq: “Hava şəraitinin kəskin pisləşməsi ilə bağlı açıq hava şəraitində işlər məhdudlaşdırılıb, qurğular təhlükəsiz vəziyyətə gətirilib”.

Bildirilir ki, mümkün fövqəladə vəziyyətlə əlaqədar digər təşkilat və qurumlarla mütəmadi əlaqələr saxlanılır, vəziyyət daimi nəzarət altındadır.

 

Oxşar xəbərlər