“Azəriqaz”ın rəhbəri dəyişdi

img






“Azəriqaz” İstehsalat Birliyində kadr dəyişikliyi olub.

 

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin sərəncamı ilə “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev vəzifəsindən azad edilib. Digər sərəncamla onun yerinə “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev gətirilib.

 

Yeni baş direktor təyinatı təsdiqləyib.

 

Əliyev ona göstərilən etimadı doğruldacağını deyib: “Bəli, məlumat doğrudur. Təbrik edən hər kəsə təşəkkür edirəm. Böyük etimaddır. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”.

 

© Modern.az

Oxşar xəbərlər