Şəki və Şamaxıda qaz kəsiləcək

img






Bu gün 2019-cu ilin tədbirlər planına əsəsən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti ilə Şərbablar küçəsinin kəsişməsində yeni çəkilmiş diametri 108 və 89 mm olan orta təzyiqli qaz xətləri mənbəyə birləşdiriləcək.

İndex “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, bununla bağlı olaraq səhər saat 09:00-dan etibarən Şəki şəhərində bir qrup abonentin qaz təchizatında fasilələr olacaq.

Şamaxı rayonununda isə Çuxuryurd kəndini qazla təmin edən orta təzyiqli qaz xəttində təmir işləri planlaşdırılır. Bu zaman saat 10:00-dan işlər başa çatanadək rayonunun bir neçə kəndində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

 

Oxşar xəbərlər