Gələn il qaz hasilatı artacaq, neft azalacaq – Proqnoz

img






2020-ci ildə Azərbaycanda qaz hasilatının bu ilin proqnozu ilə müqayisədə 7,5% artaraq 37 820,3 mln. kubmetr olacağı gözlənilir.

İndex xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2020-cu il dövlət büdcəsinin zərfində göstərilib. Bu həcmin 26,995 mlrd. kubmetri əmtəəlik qaz hasilatı üzrə proqnozdur.

Qeyd edək ki, 2019-cu ildə ölkədə 35,183 mlrd. kubmetr qaz hasilatı proqozlaşdırılıb ki, onun da 24 352,4 mln. kubmetri əmtəəlik qaz hasilatının payına düşür. 2018-ci ildə ölkədə qaz hasilatının həcmi 30 134,8 mln. kubmetr olub ki, onun da 19 207,1 mln. kubmetri əmtəlik qazın payına düşüb.

Gələn il Azərbaycanda neft hasilatının bu ilin proqnozu ilə müqayisədə 0,1% azalaraq 37 712,8 min ton olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, 2019-cu il üzrə neft hasilatı proqnozu 37 752,3 min ton olub. 2018-ci ildə ölkədə qaz hasilatı 38 810,4 min ton təşkil edib.

Oxşar xəbərlər