Nazir: “Enerji itkiləri 22,6%-dan 10,5%-dək düşüb”

img






“Azərbaycanda elektroenergetika sahəsində köklü islahatlar aparılır və bu islahatlar davam etdiriləcək”.

"APA-Economics"in məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, energetika sahəsinin inkişafına dövlət tərəfindən böyük diqqət göstərilir və bu istiqamətin inkişafına dair çox işlər aparılmaqdadır: "Bunun nəticəsi kimi, son 10 ildə ölkədə elektrik enerjisinin istehsalı 18% artıb”.

P. Şahbazov qeyd edib ki, aparılan işlər nəticəsində enerji itkiləri 22,6%-dan 10,5%-dək düşüb: “Respublikada enerji istehsalının istehsalı artmaqdadır. Bu ilin 9 ayının nəticələrinə görə elektrik enerjisinin istehsalı 3,6% artıb. 2020-2021-ci illərdə bu göstəricinin müvafiq olaraq 8 və 10% artacağı gözlənilir”.

Oxşar xəbərlər