Ən çox qazanc əldə edən avtomobil markası açıqlandı

2023-cü maliyyə ili başa çatdıqdan sonra avtomobil istehsalçıları il ərzində neçə avtomobil satdıqlarını və ümumilikdə nə qədər qazanc əldə etdiklərini açıqladılar.

İndex.az xəbər verir ki, əldə edilən məlumata əsasən, “Ferrari” satılan avtomobilə görə ən çox qazanc əldə edən şirkət olub. İtalyan nəhəngi satdığı və ya təhvil verdiyi avtomobil başına 118 min avro toplaya bilib.

“Ferrari”nin uğuru digər avtomobil istehsalçıları ilə müqayisədə daha aydın görünür. Şirkətin ən yaxın rəqibi olan “Porsche” eyni gəliri əldə etmək üçün 5-dən çox avtomobil satmalıdır. Çin istehsalçısı “Great Wall Motors” üçün bu rəqəm 415-dir.