Dünyanın ən böyük mikroçip istehsalçısının gəliri 13 milyard dollara çatıb

Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan “Intel” 2023-cü ilin birinci rübü üçün balans hesabatını dərc edib.

İndex.az xəbər verir ki, ilin ilk rübündə şirkətin gəliri keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 9 artaraq 12,7 milyard dollara çatıb.

“Intel” ötən ilin yanvar-mart dövründə 11,7 milyard dollar gəlir əldə edib. “Intel” ilin birinci rübündə 437 milyon dollar xalis zərər açıqlayıb. “Intel” ötən ilin eyni dövründə 2,8 milyard zərər gördüyünü bildirmişdi.

Mikroçip istehsalçısının səhm başına itkisi bu dövrdə 9 sent olaraq hesablanıb. Şirkət ötən ilin birinci rübündə hər səhmə görə 66 sent zərər verdiyini bildirib.