Çinin böyük şəhərlərinin yarısı yavaş-yavaş batır

Çinin ən sıx məskunlaşdığı şəhərlərinin təxminən yarısı yavaş-yavaş batır. Bu vəziyyət milyonlarla insanı daşqın təhlükəsi ilə üz-üzə qoyur.

İndex.az xəbər verir ki, “Science” jurnalında dərc olunan araşdırma göstərir ki, Çində şəhər ərazisinin 45%-i ildə 3 mm-dən çox, 16%-i isə 10 mm-dən çox sürətlə batmağa davam edir.

Tədqiqatçılar əhalisi 2 milyondan çox olan 82 Çin şəhərini araşdırıblar. Onlar peyklərin göndərdiyi radar siqnalları ilə yerlə peyk arasındakı məsafənin dəyişməsini aşkar ediblər. Beləliklə, onlar 2015-2022-ci illər arasında şəhərlərin hündürlüyünün dəyişməsini ölçüblər.