Britaniya ordusu hekləndi: Vacib məlumatlar oğurlandı

Ölkələr arasında fiziki müharibələr indi internet və hərbi şəbəkələr arasında davam edir. İngiltərə Müdafiə Nazirliyinin bu gün yaşadığı insidenti nəzərə alsaq, ölkənin bu kimi məsələlərdə ciddi təhlükəsizlik zəifliyinin olduğunu söyləmək olar.

İndex.az xəbər verir ki, ortaya çıxan ilk məlumata görə, İngiltərə Müdafiə Nazirliyinin məlumat bazası sındırılıb və çox məxfi sənədlər oğurlanıb. Ordudakı əsgərlər və işçilərinin şəxsi məlumatları, maaş vərəqələri kimi mühüm sənədlərin surətinin çıxarıldığı bildirilib.

İnsidentdən sonra Britaniya Müdafiə Nazirliyi dərhal tədbir görüb. Məlumatın saxlandığı xidmət deaktiv edilib. Hadisə ilə bağlı ilkin məlumatı aldıqdan sonra açıqlama verən nazirlik hərbi qulluqçulara məxsus məxfi məlumatların oğurlandığını və hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.