“Bitcoin” 60 min dollardan aşağı düşüb

Baş direktorun həbs olunması “Bitcoin”nə mənfi təsir göstərir.

İndex.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarından əvvəl “Binance”nin baş icraçı direktoru (CEO) vəzifəsindən istefa verən Çanqpenq Zhaonun 4 aylıq həbs cəzasına məhkum edilməsindən sonra “Bitcoin” kriptovalyutasının qiyməti 59 min 120 dollara düşüb.

“Coinmarketcap” analiz şirkətinin məlumatına görə, “Bitcoin” də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində təxminən 5,2% azalaraq 2 trilyon 210 milyard dollara düşüb.