Bu bankların qeyri-faiz xərcləri azalıb

Bu bankların qeyri-faiz xərcləri azalıb

img



"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 4-nün ötənilki qeyri-faiz xərcləri əvvəlki ilə nisbətən az olub.

İndex.az xəbər verir ki, bunlar "Yapı Kredi Bank Azərbaycan", "AFB Bank", "Amrah Bank" və "Bank of Baku"dur. Ən çox azalma "Bank of Baku"da (40,9%), ən az azalma isə "Yapı Kredi Bank Azərbaycan"da (1,8%) qeydə alınıb.

1 bankın - "Premium Bank"ın qeyri-faiz xərcləri demək olar ki, dəyişməyib.

Qalan 24 bank isə qeyri-faiz xərclərini artırıb. Bu baxımdan ən yüksək dinamika "PAŞA Bank"da (57,4%), ən aşağı dinamika isə "AGBank"da (2,2%) qeydə alınıb.

Renkinq