“Bakcell”in məşhur simaları bütün ölkəni Bulvardakı konsertə səsləyir

“Bakcell”in sosial mediada paylaşdığı sonuncu videolarda musiqi ulduzları Röya və Miri Yusif bütün ölkəni yeniliyə səsləyib. Məşhur simalarla yanaşı, ən çox təəccüb yaradan süni intellekt dəstəkli robot olub. İnsanabənzər robot da Azərbaycan dilində danışığı ilə Bulvardakı konsertə dəvət mesajı göndərib.

Robotla bağlı hələ ki dəqiq məlumat olmasa da, görünür, “Bakcell” 25 aprel, 18:00-da Bakı Bulvarında baş tutacaq konserti ilə bütün Azərbaycana innovasiyalarla dolu bir təcrübə yaşadacaq.

Bundan əlavə, ötən günlərdə 100 000 GB hədiyyə veriləcəyini bildirən “Bakcell”, Tünzalə Ağayeva, Natiq Ritm Qrupu, Murad Arif kimi məşhur simalarını açıqlamışdı. Maraqlıdır, “Bakcell” hansı yenilikləri ictimaiyyətə bölüşəcək? Detalları 25 aprel 18:00-da Bulvarda biləcəyik.