Bu maşınlar hərraca çıxarılacaq - SİYAHI

img






Dekabrın 24-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərrac keçiriləcək.

İndex xəbər verir ki, növbəti hərracda bir sıra nəqliyyat vasitələri satışa çıxarılacaq. Hərraca çıxarılacaq nəqliyyat vasitələri arasında 2009-cu il istehsalı olan və Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatına mxəsus “FIAT Doblo” 4 000 manata satılacaq.

Bundan başqa, “Zabrat Maşınqayırma Zavodu” ASC-yə məxsus 1996-cı il istehsallı “Daewoo Espero” 1500 manata, 2000-ci il istehsallı “Daewoo Super Salon”  2000 manata və 2001-ci istehsalı olan “QAZ-3102” avtomobili də hərraca çıxarılacaq.

Əlavə olaraq, “Avtomatika və Avtomobil Təsərrüfatı” MMC-yə məxsus 2008-ci il istehsalı olan “QAZ-33021-212” avtomobili 5 000 manata, 2006-cı il istehsalı olan “Hyundai Sonata” avtomobili 8 000 manata və 2002-ci il istehsalı olan “BMW 745” avtomobili 10 000 manata təqdim ediləcək.

Qeyd edək ki, sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud  e–emdk.gov .az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq. Komitə tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)

(tel:566-07-44)

Oxşar xəbərlər