Avrozonada pərakəndə satışlar artıb

Avropa Statistika İdarəsi (Eurostat) mart ayı üçün Avropa İttifaqı (Aİ) və Avrozona üzrə pərakəndə satış məlumatlarını dərc edib.

İndex.az xəbər verir ki, məlumatlara görə, Aİ-də pərakəndə satışlar mart ayında bir əvvəlki aya görə yüzdə 1,2, illik bazda isə yüzdə 2 artıb.

Avrozonada pərakəndə satışlar mart ayında aylıq bazda yüzdə 0,8, keçən ilin eyni dövrünə görə isə yüzdə 0,7 artıb.