Abramoviçə görə bu klubun 18 xalı silindi

Niderland Futbol Federasiyası “Vitesse” klubunun 18 xalını silib. 

“The Guardian”ın yaydığı məlumata görə, rusiyalı milyarder Roman Abramoviçin klubun üzərində pay sahibi olduğu üzə çıxıb. Həmçinin klubun çirkli pulun yuyulması riski var.

Xallarının silinməsindən sonra klubun aktivində -1 xal var və komanda liqada sonuncu pilləyə düşüb.