FED-in faiz qərarı qlobal bazarlara müsbət təsir edib

Qlobal bazarlar FED-in qərarını bəyənib.

FED uçot dərəcələrini azaltmaq üçün kifayət qədər inamın olmadığını təsdiqləsə də, FED sədri Cerom Pouel faiz artımı ehtimalının olmadığını bildirib.

İndex.az xəbər verir ki, Pauelin açıqlamasından sonra dollar ucuzlaşıb, birjalar isə yüksəlib.

Belə ki, FED-in qərarından sonra ABŞ fond fyuçersləri bu səhər 0,5% artıb.

Avstraliya və Honq-Konq Asiyada səhm artımına rəhbərlik etdiyi halda, Yaponiyada birjalar sabit qalıb.

Dollar ardıcıl olaraq ikinci gün də enişini davam etdirərək 0,4% dəyər itirib.

FED-in qərarından sonra ABŞ-ın 10 illik istiqraz faizi daha bir bənd azalaraq 4,62% ​​səviyyəsində alınıb.