Proqnozlara görə, 2024-cü ildə G7 ölkələri arasında ən böyük iqtisadi artım ABŞ-da qeydə alınacaq.
İndex.az xəbər verir ki, “World of Statistics”in araşdırmasına görə, cari ildə ABŞ iqtisadiyyatı 2,7% artacaq.
G7 ölkələrinin iqtisadi artım prespektivləri:
🇺🇸 ABŞ: 2,7%
🇨🇦 Kanada: 1,2%
🇯🇵 Yaponiya: 0,9%
🇫🇷 Fransa: 0,7%
🇮🇹 İtaliya: 0,7%
🇬🇧 Böyük Britaniya: 0,5%
🇩🇪 Almaniya: 0,2%
BRİCS ölkələri arasında isə iqtisadi artıma 6,8%-lik göstərici ilə Hindistan liderlik edəcək.
BRİCS ölkələrinin iqtisadi artım prespektivləri:
🇮🇳 Hindistan: 6,8%
🇪🇹 Efiopiya: 6,2%
🇨🇳 Çin: 4,6%
🇦🇪 BƏƏ: 3,5%
🇮🇷 İran: 3,3%
🇷🇺 Rusiya: 3,2%
🇪🇬 Misir: 3,0%
🇸🇦 Səudiyyə Ərəbistanı: 2,6%
🇧🇷 Braziliya: 2,2%
🇿🇦 Cənubi Afrika: 0,9%
Qeyd edək ki, ümumi olaraq qlobal iqtisadiyyatın 3,2% artacağı gözlənilir.